İngiltərədə bu problem  'milli böhran'a çevrilib

İngiltərədə bu problem 'milli böhran'a çevrilib

-- Onların on iki faizi qadındır, 7 faizi isə 25 yaşınadək gənclərdir.

İngiltərə parlamentinin hesabatına görə, küçələrdə müəyyən yaşayış yeri olmayan, çətin həyat şəraitində olan 9 mindən çox kimsəsiz insan yaşayır, 78 min ailə müvəqqəti sığınacaqlarda qalır. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Britaniya Parlamentinin İctimai Hesablama Komitəsi ölkədə bu problemin  "milli böhran" halına gəldiyini bildirib. 
 
Hesabata görə, müvəqqəti sığınacaq yerlərində qalan uşaqların sayı 120 mindir. 
 
Hesabatda bildirilir ki, problem  son yeddi il içində sürətlə artıb. “Küçədə yaşayan insanların sayı 134 faiz artıb və müvəqqəti sığınacaq yerlərindəki insanların sayı 2011-ci ildən 63 faiz artıb.”
 
Hesabata görə, İngiltərədə orta ömür müddəti 47 ildir, adi vətəndaşlara nisbətən zorakı cinayət qurbanı olma ehtimalı 17 dəfə çoxdur.
 
Küçələrdə yaşayan insanların 17% -i Avropa İttifaqı ölkələri, 5% -i Avropa İttifaqı olmayan ölkələrin vətəndaşlarıdır.
 
 Küçə sakinlərinin on iki faizi qadındır, 7 faizi isə 25 yaşınadək gənclərdir.
 

 

Google+ WhatsApp ok.ru