İngiltərədə iki məscid tarixi abidələr siyahısına daxil edildi

İngiltərədə iki məscid tarixi abidələr siyahısına daxil edildi

-- Bundan sonra həmin məscidlər tarixi abidə kimi də qorunacaq.

Böyük Britaniya hökuməti İngiltərədəki iki məscidin Milli Tarix və Miras Abidələrinin siyahısına daxil edib.
 
Maide.az “İslam-Today”a istinadən xəbər verir ki, onlar Londonda yerləşən Mərkəzi məscid və “Fəzl” məscididir.
 
Məlumat üçün bildirək ki, Mərkəzi London məscidinin inşası 1940-cı ildə Uinston Çörçill hökumətinin təklifi ilə başlayıb, 1977-ci ildə istifadəyə verilib.
 
Londondakı ilk məscid olan “Fəzl” məscidi isə 1924-cü ildə tikilib.
 
Bundan sonra həmin məscidlər tarixi abidə kimi də qorunacaq.
 
 

Google+ WhatsApp ok.ru