İngiltərədə uşaqlar üçün şəkilli Quran çap edildi

İngiltərədə uşaqlar üçün şəkilli Quran çap edildi

İngiltərənin "İslami Mətnlərin İxtisaslaşdırılmış Nəşriyyatı" ilk dəfə uşaqlar üçün şəkilli və illüstrasiyalı Qurani-Kərim çap və nəşr edib.
 
Maide.Az IQNA-a istinadla bildirir ki, Şirin Şərifin ideyası əsasında hazırlanan "uşaqlar üçün illüstrasiyalı Qurani-Kərim nüsxəsi" Avropa tədqiqat və fətvalar şurasının üzvü Abdullah bin Yusif Cədinin nəzarəti ilə çap və nəşr edilib.
 
Altı yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulmuş bu Quran nüsxəsi "Mənim ilk şəkilli Quranım" adı ilə çap edilmiş və Qurani-Kərimin 30-cu cüzünün surə və ayələrini şəkillər ilə izah edir.
 
Şəkilli Quran nüsxəsinin ideyaçısı Şirin Şərif bu barədə dedi: Adətən Qurani-Kərimi uşaqlara ayələrin məfhumunu öyrətmədən əzbərlətdirirlər. Buna görə də Quran ayələrini izah edən şəkillər ilə Quran nüsxəsi hazırlamaq qərarına gəldim ki, uşaqlar hər ayəyə aid şəkilləri görərkən həmin ayənin nədən danışdığını da başa düşsünlər.

Google+ WhatsApp ok.ru