İngiltərənin açdığı 72 illik yara: Kəşmir problemi

İngiltərənin açdığı 72 illik yara: Kəşmir problemi

Dünən Hindistan təhlükəsizlik qüvvələri işğal altında saxladıqları Cammu Kəşmir bölgəsində dinc əhaliyə qarşı silah tətbiq edib. Nəticədə 9 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
Son bir həftədə Kəşmirdə gərginlik davam edir. Belə ki, Hindistan qüvvələrinin nəzarətdə saxladığı ərazilərdə axtarışlar aparması yerli əhali arasında gərginliyə səbəb olub. Xəbərlər arasında partlayıcı maddələrdən istifadə edildiyi və dinc sakinlərin evlərinin dağıldığı da var. 
 
Qeyd edək ki, 1947-ci ildə İngiltərə Hindistandan çıxdıqda, müstəqil krallıq kimi idarə olunan Kəşmiri Hindistan və ya Pakistana birləşməkdə “azad” buraxıdı. Əhalisinin 90 faizi müsəlmanlar olan Kəşmirdə yerli xalq Pakistana birləşmək istəsə də həmin dövrdə İngiltərənin təyin etdiyi kral Hindistan ilə birləşməyə qərar verdi. 
 
Müsəlman Kəşmir xalqı isə bu qərara qarşı çıxdı. Bölgəyə qoşun göndərən Pakistan və Hindistan 1947-ci ildə ilk dəfə Kəşmir üstündə müharibəyə başladı. Sonrada 1965-1999 illər arasında iki ölkə eyni məsələ üstündə müharibə apardı.
 
Hazırda Kəşminin 45 faizi Hindistan, 35 faizi isə Pakistan tərəfindən idarə olunur. Bölgənin 20 faizi isə Çinin nəzarətindədir. 
 
Hindistan nəzarətində olan ərazilər "Cammu Kəşmir" adlandırılıb ki,  burada da müsəlman əhalinin sayı daha çoxdur. Digər tərəfdən Pakistanın nəzarətində olan  "Azad Kəşmir" ("Müstəqil Kəşmir") və "Gilgit Baltistan" kimi iki müstəqil bölgə var.
 
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Kəşmirin müqəddəratının həll olunmasını referendum yolu ilə təklif edib və 1948-ci ildə bu barədə qərar qəbul olunub. Pakistan tərəfi bu təkliflə razılaşsa da Hindistan kompromisə gəlmir. /Maide.Az /

Google+ WhatsApp ok.ru