İngiltərə Premyer Liqasının qalibi Manchester City oldu 12 May 2019 22:24 İdman Bazar günü mayın 12-də İngiltərədə futbol Premyer Liqasının sonuncu turunun matçları keçirilib. Premyer Liqa çempionluğu məsələsi də məhz sonuncu turda həll olunub. Belə ki, sonuncu tur ərəfəsində Premyer Liqada çempionluğa iki klub iddialı idi: Manchester City və Liverpool. Manchester City xal fərqinə görə Liverpool-dan irəlidə olduğuna görə Liverpool yalnız Manchester City uduzacağı, özü isə udacağı halda çempion ola bilərdi. Lakin Premyer Liqanın sonuncu turu sürprizsiz başa çatıb: Manchester City rəqibi Brighton klubuna 4:1 hesabı ilə qalib gələrək İngiltərə Premyer Liqası çempionluğunu qazanıb. Premyer Liqanın gümüş mükafatçısı Liverpool, bürünc mükafatçısı isə Chealsea klubları olub. /bbc / Teqlər : #İngiltərə,#Premyer,#Liqasının,#qalibi,#Manchester,#City,#oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhəmməd Salah ‘Liverpul’un tarixinə düşüb ‘Liverpul’un ulduzu məscid tikdirir