İngiltərədə 31 məscid xeyriyyə həftəsində həmkarlıq etdi

İngiltərədə 31 məscid xeyriyyə həftəsində həmkarlıq etdi

İngiltərnin Duzberi (Dewsbury) şəhərində 31 İslam mərkəzi və müsəlman məscidinin üzvləri "xeyriyyə həftəsi" kampaniyası çərçivəsində birləşərək həmkarlıq ediblər. Maide.Az İQNA a istinadla xəbər verir ki, Bu məscidlərin üzvləri "xeyriyyə həftəsi" çərçivəsində həmkarlıq edərək yoxsullar üçün qida və sanitariya məhsulları toplayıblar. Məscidlərin idarə heyətlərinin üzvləri müxtəlif İslam mərkəzləri və məscidlərə baş çəkərək müsəlmanların hazırladıqları xeyriyyə köməklərini təhvil alıblar. Bu 31 məscidin üzvləri öz köməklərini (yemək, içmək, dərman, sanitariya məhsulları və uşaq məhsulları) "xeyriyyə həftəsi" kampaniyasına veriblər.    Qeyd edək ki, bu köməklər İslamic Relif xeyriyyə müəssisəsinin başlatdığı "xeyriyyə həftəsi" (21 Oktyabrdan 27 Oktyabradək) çərçivəsində toplanılıb.

Google+ WhatsApp ok.ru