İngiltərədə Peyğəmbərin (s) mövlud bayramı münasibətilə yürüş keçirilib - FOTO

İngiltərədə Peyğəmbərin (s) mövlud bayramı münasibətilə yürüş keçirilib - FOTO

İngiltərənin Nottingem şəhərində yaşayan müsəlmanlar sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) qarşıdan gələn mübarək mövlud günü münasibəti ilə izdihamlı bayram yürüşü keçirib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bayram yürüşü Fatimiyyə Came məscidindən başlayaraq "Berridge Road" rayonuna qədər davam edib.  
 
Yürüşdə iştirak edənlər öncə Quran tilavət ediblər. Daha sonra camaata şirniyyatlar və şokaladlar paylanılıb.
 
Bayram mərasiminə toplaşan müsəlmanlar bu bayramı il boyunca gözlədiklərini, peyğəmbəri (s) sevdiklərini bildiriblər və Peyğəmbərin (s) insanlara eşq və sülh nümunəsi olduğunu vurğulayıb.
 
Qeyd edək ki, Böyük Britaniyanın əhalisinin 2 milyonunu müsəlmanlar təşkil edir. Nottingem şəhəri müsəlmanların sıx yaxşadığı böyük şəhərlərdən biridir.   
 
 

Google+ WhatsApp ok.ru