İngiltərədə etiraz aksiyası: qarşıdurma yaşandı

İngiltərədə etiraz aksiyası: qarşıdurma yaşandı

İngiltərədə irqçiliyə qarşı keçirilən aksiyada polislərlə etirazçılar arasında qarşıdurma yaşanıb.  

 
Axar.az xəbər verir ki, Londonda ABŞ səfirliyi önündə başlayan aksiya Nazirlər Kabineti binası önündə davam edib.  
 
Məlumata görə, aksiya zamanı etirazçılar polisə şüşə butulka və daş atıb. Nəticədə bir polis başından yaralanıb.  
 
Bundan başqa, şəhərin digər nöqtələrində polis avtomobilləri də daşlanıb.  
 
Qeyd edək ki, bir neçə gün öncə baş verən aksiyada da qarşıdurma yaşanıb. Həmin vaxt onlarla etirazçı saxlanılıb, ən azı 14 polis yaralanıb.
 

Google+ WhatsApp ok.ru