`Nicat` gəmisi İİR Dəniz Qoşunlarının hərbi bölməsi tərəfindən müşayiət olunur

Maide.az-ın məlumatına görə, son günlər bəzi xarici gəmilərin o cümlədən Amerika, Fransa və Ərəbistana aid hərbi gəmilərin İranın Yəmənə humanitar yardıma aparan "Nicat" gəmisinin hərəkəti yolunda bəzi maneələr yaratmalarının ardınca, İran İslam Respublikası ordusunun Dəniz Qoşunlarının məntəqədə yerləşən 34-cü hərbi bölməsi bu gəmiyə yaxınlaşaraq, onu müşayiət etməyə başlayıb. 
 
İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının 34-cü hərbi dəniz bölməsinin komandanı "Nicat" gəmisi əleyhinə təhdidlərin aradan qaldırıldığını bildirib və bildirib ki, tam iqtidarla beynəlxalq sularda iştirak edirik və ali baş komandanın göstərişi, beynəlxalq dənizçilik qanunları əsasında bu sularda ciddi iştiraka malikik: "Heç kəsə beynəlxalq sulardakı mənafeyimizə zərbə vurmaq icazəsi verməyəcəyik." 
 
"Nicat" gəmisi hazırda strateji əhəmiyyətli Babülməndəb boğazının 70 milliyindədir. "Nicat" gəmisi sabaha kimi Babülməndəb boğazından keçib, Qırmızı dənizə daxil olmalıdır.

Google+ WhatsApp ok.ru