`Nida` üzvünün apellyasiya şikayəti təmin edilməyib

`Nida` üzvünün apellyasiya şikayəti təmin edilməyib

 
Bu gün Bakı Apellyasiya Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsindəki həbs müddətinin uzadılması haqqında Xətai rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
 
Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
 
Qeyd edək ki, B. İbrahimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl onun həbs müddəti 2 ay uzadılıb. /

Google+ WhatsApp ok.ru