Niderlandda ultrasağçı partiya sədri məscidləri  yandırmaqla bağlı çağırış edib

Niderlandda ultrasağçı partiya sədri məscidləri yandırmaqla bağlı çağırış edib

-- Daha sonra o twitter hesabında əvvəlki fikrinə “düzəliş edərək” deyib...

Niderlandda ultrasağçı partiya sədri  Xenq Van Din  ölkədəki  məscidləri  yandırmaqla bağlı çağırış edib. 
 
Madie.Az “Dutch News” –a istinadən xəbər verir ki,  bu bəyanatla o rəhbərlik etdiyi partiyanı problemlə üz-üzə qoyub. 
 
Partiya sədrinin anti-islam  bəyanatına seçkilərdəki  digər namizədin  məscidlərlə bağlı müsbət  çağrışı səbəb olub.
 
Belə ki, qarşı partiyanın namizədi Utrext şəhərindəki məscidi İkinci Qürur qülləsi adlandırıb. Bunun əksinə olaraq teledebat zamanı  Xenq Van Din  məscidlərin  yandırılmasının tərəfdarı olduğunu bildirib.  
 
Aparıcının ona  "sözlərinizdə dəyişiklik etmək istəyirsiz?" sualına cavab olaraq ultrasağçı partiya rəhbəri  bildirib ki,  "biz bütün məscidlərin əleyhinəyik və düşünürük ki,  onlar yandırılmalıdır."  
 
Daha sonra o twitter hesabında əvvəlki fikrinə “düzəliş edərək”  deyib “biz məscidlərin yandırılmasının deyil  bağlanmasının tərəfdarıyıq. Güc qəbul edilməzdir.”
 
Qeyd edək ki, sözü gedən partiya  bu ilin mart ayında keçiriləcək seçkilərdə aparıcı qüvvələrdən biridir. 
 
Xatırladaq ki, radikal sağçı partiyalar son illərdə Avropa ölkələrinə miqrasiya krizisini islamfobiya istiqamətində istifadə edirlər. 
 

Google+ WhatsApp ok.ru