Nigeriya Islami Hərəkatından “Şeyx Zəkzaki” açıqlaması

Nigeriya Islami Hərəkatından “Şeyx Zəkzaki” açıqlaması

-- Seyx Zəkzakinin sağlamlıq problemlərinin həlli yalnız onun xəstəxana şəraitində müalicəsi ilə mümkindir

Nigeriya İslami Hərəkat sözçüsü İbrahim Musa  Şeyx İbrahim Zəkzakinin sağlamlıq durumuna dair açıqlama verib. 
 
Maide.Az  “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, Nigeriya İslami Hərəkat sözçüsü  İbrahim Musa  son günlər Şeyx İbrahim Zəkzakinin jurnalistlərə verdiyi açıqlamasından danışıb və deyib ki,  Şeyx Zəkzakinin  jurnalistlərə müsahibə verməsi problemlərin həlli və ya onun xəstəliyinin sağalması anlamında deyil.
 
“Hazırda Şeyx Zəkzakinin  sağlamlıq  problemlərinin həlli yalnız  onun xəstəxana şəraitində müalicəsi ilə mümkindir. Şeyx Zəkzaki üzərində onun sağlamlığını bərpa edəcək doğru müayinə və müalicə tez bir zamanda  aparılmalıdır.” 
 
İ.Musa deyib ki,  Nigeriya hökumət rəsmiləri  indiyədək  Şeyx Zəkzakinin sağlamlıq durumu ilə bağlı  hərhansı bir addım atmayıb. Əksinə  onun müalicəsinə hökumət tərəifndən  əngəllə yaradılıb.   
 
O qeyd edib ki, nigeriya  İslami Hərəkatı   Şeyx Zəkzaninin səbəst buraxılması üçün çalışır.   “Şeyx Zəkzakinin  müalicə edilməsinə çalışmaqla yanaşı  onun azadlığa çıxaması üçün əlimizdən gələni edirik. Bu məqsədimizə çatmaq üçün bütün gücümüzlə çalışırıq.”
 

Google+ WhatsApp ok.ru