Nigeriya xalqı Şeyx Zəkzakinin 500 günlük həbsinə etiraz olaraq küçələrə axışdı -VİDEO

Nigeriya xalqı Şeyx Zəkzakinin 500 günlük həbsinə etiraz olaraq küçələrə axışdı -VİDEO

Nigeriya İslam Hərəkatına bağlı insan haqları qrupu ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzakinin 500 gündür qanunsuz olaraq həbsdə saxlanılmasına etiraz etmək üçün aprelin 26-da paytaxt Abucada izdihamlı bir mitinq keçirib.
 
"Şeyx Zəkzakiyə azadlıq" şüarı ilə Federal Parlamentin binası istiqamətində yürüş keçirən Zəkzaki tərəfdarlarına Nigeriyanın Xalq Demoratik Partiyasının lideri Deji Adeyanju da qoşulub. Nümayişçilər Şeyx Zəkzaki ilə həmrəylik içində olduqlarını bəyan edərək, hökumətdən Şeyx Zəkzaki və xanımı Zinət İbrahimin 500 gündür heç bir ittiham irəli sürmədən həbsdə saxlanılmasının qanunsuzluq olduğunu bildirib. Mitinq iştirakçıları ölkə rəhbərliyindən Federal Ali Məhkəmənin Şeyx Zəkzakinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı 2016-cı ilin dekabrın 2-də verdiyi qərarını yerinə yetirməyi tələb edib. (deyerler)

Google+ WhatsApp ok.ru