Nigeriya şəhərlərində “Şeyx Zəkzəkiyə azadlıq!” şüarı ilə nümayişlər keçirildi - FOTO 19 Sentyabr 2017 01:00 Dünya Sentyabrın 17-də Nigeriyanın bir çox şəhərində Şeyx Zəkzəkinin azad edilməsi tələbilə yürüşlər keçirilib. Nigeriya İslam Hərəkatının tələbilə ölkənin bir çox məntəqəsində təşkil edilən kütləvi etiraz yürüşlərində Nigeriya hökumətinin məhkəmənin tələblərinə əməl etməsi və İMN-nin baş katibi Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azad edilməsi tələb olunub. Mitinqlər ölkənin Zaria, Katsina, Jalinqo, Potiskum, Bauci, Kano, Azare, Sokoto, Talatan Mafara, Daura, Cibia və s. şəhərlərdə keçirilib. Müxtəlif plakatlar daşıyan nümayişçilər Nigeriya ordusunun 2015-ci ildə ölkədəki Əhli-Beyt (ə) ardıcıllarına təşkil etdiyi hücumu heç vaxt unutmayacaqlarını bildiriblər. Nümayişçilər Arakan müsəlmanları ilə də həmrəy olduqlarını bəyan edərək, dünya ictimaiyyətində Myanma rejiminin rohinca müsəlmanlarına qarşı cinayətlərini dayandırması üçün təzyiq etməsini istəyiblər.(deyerler.org) Teqlər : #Nigeriya şəhərlərində Şeyx Zəkzəkiyə azadlıq! şüarı ilə nümayişlər keçirildi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İndoneziya prezidentinə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb İranda Məhərrəm ayı hazırlıqları - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO