Nigeriya 400-ə yaxın şagirdin oğurlandığı bildirilir 14 Dekabr 2020 13:32 Dünya Nigeriyanın Katsina əyalətində yüzlərlə şagird silahlı hücumdan sonra itgin düşüb. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Bu barədə yerli mənbələr məlumat yayıb. Katsina əyalət polisinin sözçüsü Qambo İsa bildirib ki, hücum böyük silahlı qruplaşma tərəfindən həyata keçirilib. “Polis və hücum edən silahlı qruplaşma arasında atışma baş verib. Atışma zamanı şagirdlərdən çoxu məktəbin divarından aşaraq ətraf meşəliyə qaçıb. 400-ə yaxın orta məktəb şagirdi itgin düşüb. Onların qaçırıldığı və ya yollarını azdığı dəqiq bilinmir. Məktəbdə ümumilikdə 600 orta məktəb şagirdi təhsil alırdı.” O qeyd edib ki, polis və Hərbi Hava Qüvvələri həmin şagirdlərin axtarışını davam etdirir. Həmin şagirdlərin "Boko Haram" terrorçu qruplaşması tərəfindən oğurlandığı ehtimal olunur. Oğurlanan şagirdlərin valideynlərinin təhlükəsizlik qüvvələrindən övladlarını xilas etmək tələbi ilə aksiya keçirdikləri də diqqətə çatdırılır. Qeyd edək ki, 2014-cü ilin əvvəlində "Boko Haram" terrorçu qruplaşması Burno əyalətinin şərqində qızlar məktəbinin yataxanasına hücum etmişdi və 276 qız şagirdi oğurlamışdı. Həmin qızlardan 100-ü hələ də itgindir. Teqlər : #Nigeriya,#400ə,#yaxın,#şagirdin,#oğurlandığı,#bildirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransada islamofobiya əleyhinə etiraz nümayişi - FOTO İranda qaz pulsuz olacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO