Nigeriyada polis dəfn mərasimində iştirak edən Əhli-beyt (ə) ardıcılarına hücum edib - FOTO 25 Aprel 2018 01:00 Dünya -- 2 nəfər şəhid olub, onlarla insan yaralanıb Nigeriyada polis dəfn məfasimində iştirak edən Əhli-beyt (ə) ardıcılarına hücum edib, 2 nəfər şəhid olub. Maide.Az “ABNA”a istinadən xəbər verir ki, Nigeriya polisi bir neçə gün öncə şəhid olmuş İslami Hərəkat üzvlərindən Əhməd Ər-Rafeinin izdihamlı dəfn mərasimində iştirak edən şəxslərə hücum edib. Abuca şəhərində baş tutan dəfn mərasimindən sonra Əhli-beyt (ə) aşiqləri dinc aksiya keçirib. Şiə lider Ayətullah Şeyx Zəkzakinin və həbsdə olan Əhli-byet (ə) ardıcıllarının azadlığını tələb ediblər. Onlar təzyiqlərə son qoyulmasını istəyiblər. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Polis aksiya iştirakçılarına gözyaşardıcı qaz, su şırnaqları və odlu silahla hücum edib. Məlumata görə, dəfn mərasimində iştirak edən şiələrdən 2 nəfər şəhid olub, onlarla insan yaralanıb. Xəsarət alanlar arasında qadınlar və yeniyetmələrində olduğu bildirilir. Qeyd edək ki, aprelin 16-da Nigeriya polisi Şeyx İbrahim Zəkzakinin 100 –dən çox tərəfdarını həbs etmişdi. Ölkənin paytaxtı Abucada Şeyx Zəkzakinin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiaysının iştirakçıları “dinc əhaliyə hücum etmək, asayişi pozmaq, dövlət əmlakına ziyan vurmaqda” günahlandırılıb. Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfər öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya salınıb. 3 övladı isə şəhid edilib. Şeyx Zəkzakinin özü və xanımı göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. Son günlər 2 ildən çoxdur ki, həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi bildirilib.Nigeriyanın müxtəlif bölgələrində də Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. Teqlər : #Nigeriyada polis dəfn mərasimində iştirak edən Əhlibeyt (ə) ardıcılarına hücum edib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ruhani: “Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyir” “Liderləri ön cəbhədə vuruşan cəmiyətlər məğlub olmaz” - Səudiyyəyə gözdağı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO