Nigeriyada İslam alimi Şeyx Zəkzakinin halı pisləşib

Nigeriyada İslam alimi Şeyx Zəkzakinin halı pisləşib

-- Zəkzaki müalicə üçün həkimə göndərilmir...

Nigeriyada İslam alimi, Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin halı pisləşib və səhhəti günü-gündən zəifləyir.
 
Bu barədə həbsdə olan İslam aliminin qızı xəbər verib. Onun sözlərinə görə, atasının müalicə üçün həkimə göndərilmir və xəstənaya aparılmır.
 
Xatırladaq ki, Nigeriyanın şimalındakı Zaria şəhərində 2015-ci ildə yaşanan qanlı hadisələrdə hökumət ordusu  Şeyx Zəkzakini üç övladı daxil olmaqla 350 mülki vətəndaşı qətlə yetirmişdi. Bundan başqa onun evi dağıdılmışdı. Həmin hadisələr zamanı  Şeyx Zəkzakinin sol gözü zərər gördüyündən, görmə funksiyasını  tamamilə itirmişdi.
 
Nigeriya məhkəməsi Şeyxin azad  olunması barədə qərar verməsinə rəğmən, o, hələ də sərbəst buraxılmayıb. 
 
Nigeriya prezidenti Muhəmmədu Buxari İslam alimi Şeyx Zəkzakinin  azadlığa buraxılması ilə əlaqədar sərsəm açıqlama verib. O, məsələ ilə aləqədar bildirib ki, Nigeriya İslam Hərəkatının lideri barədə məhkəmə hökmü xalqın qayğısına qalındığı üçün yerinə yetirilmir.
 
«Xalqın xeyri üçün məhkəmənin Şeyx Zəkzakinin  azadlığa buraxılmasına dair  qərarı  yerinə yetirmirik. Ancaq Şeyxin xanımı azaddır və ərini tərk edə bilər», -deyə prezident bildirib.(FaktXeber)
 

Google+ WhatsApp ok.ru