Nigeriyada Şeyx Zəkzakinin 200 -dən çox tərəfdarı saxlanılıb 17 Aprel 2018 01:00 Dünya -- 30 nəfər yaralanıb Nigeriya polisi Şeyx İbrahim Zəkzakinin 100 –dən çox tərəfdarını həbs edib. Maide.Az “RFİ”-ə istinadən xəbər verir ki, ötən gün ölkənin paytaxtı Abucada Şeyx Zəkzakinin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiaysının iştirakçıları “dinc əhaliyə hücum etmək, asayişi pozmaq, dövlət əmlakına ziyan vurmaqda” günahlandırılıb. Bu barədə yerli mətbuata açıqlama verən Nigeriya polisin sözçüsü qarşıdurmalarda 22 polisin yaralandığını bildirib. Nigeriya İslami Hərəkatının sözçüsü İbrahim Musa RFİ-a açıqlamasında isə polisin iddialarını təkzib edərək, saxlanılanların sayının 200-dən çox olduğunu və güc tətbiq edilməsi nəticəsində 30 nəfərin yaralandığını bildirib. İ.Musa bütün zorakılıqlara baxmayaraq Ayətullah Zəkzakinin azad ediləcəyi günə qədər etiraz aksiyalarının davam etdiriləcəyini vurğulayıb. Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfər öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya salınıb. 3 övladı isə şəhid edilib. Şeyx Zəkzakinin özü və xanımı göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. Son günlər 2 ildən çoxdur ki, həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi bildirilib.Nigeriyanın müxtəlif bölgələrində də Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. Teqlər : #Nigeriyada Şeyx Zəkzakinin 200 dən çox tərəfdarı saxlanılıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya dövlət televiziyası raketlərin vurulduğunu bildirir ABŞ və müttəfiqləri Suriayda məqsədlərinə çatmayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO