Nigeriyada Ərbəin yürüşündə öldürülənlərin sayı 42-yə çatdı

Nigeriyada Ərbəin yürüşündə öldürülənlərin sayı 42-yə çatdı

Şənbə günündən Əhli-beyt (ə) ardıcıllarına qarşı təzyiqlər davam edir.
 
Maide.Az “İslaminSesi”-ə istinadən bildirir ki, Nigeruyanın paytaxtı Abucada gərginlik davam edir.
 
Şənbə günündən başlayan silahlı hücum nəticəsində şəhid olan “Hüseynçı”lərin sayı 42-yə çatıb. Çoxlu sayda yaralılar var.
 
Beləki, Nigeriya İslami Hərakatın təşkil etdiyi Ərbəin yürüşünə polis silahlı hücum edib.
 
Nigeriya İslam Hərakatı liderlərindən biri olan Şeyx Sənusi Abdul-Qadir hadisə barəsində bildirib: Bütün dünya bilir ki, biz də digər dünya müsəlmanları kimi İmam Hüseynin (ə) Ərbəin mərasimini icra etmək istəyirdik. Polisə məxsus iki maşın dayandı və insanlara tərəf avtomat silahlardan atəş açıldı. Çoxlu sayda yaralılar vardır. Hətta indiyə qədər ölənlərin dəqiq sayını bilmirik.”
 
“Frans Press”-in bildirdiyinə görə polis silahsız əhaliyə hücum edib. Həmçinin şahidlərin “Reuters”-ə verdiyi məlumatlara görə insanlar şəhər mərkəzindən dönməkdən imtina etdikdə polis kütləyə hücum edib.

Google+ WhatsApp ok.ru