Nigeriyada avtobus dayanacağında törədilən partlayışda təxminən 20 nəfər həlak olub

Nigeriyanın şimal-şərqində yerləşən Hombe şəhərində avtobus dayanacağında törədilən terror aktı nəticəsində təxminən 20 nəfər həlak olub.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Nigeriya şöbəsinin nümayəndəsi məlumat verib.

Məlumata əsasən, partlayış “Dukku park” avtobus dayanacağında törədilib. Partlayış anında dayanacaqda xeyli insan olub.

Qeyd edək ki, Nigeriyada oxşar cinayətləri, bir qayda olaraq, “Boko Haram” terror təşkilatı törədir. /

 

Google+ WhatsApp ok.ru