Nigeriyada 'diaqnoz qoyulmamış xəstəlik' üzündən 10 gündə 100 nəfər ölüb

Nigeriyada 'diaqnoz qoyulmamış xəstəlik' üzündən 10 gündə 100 nəfər ölüb

Qərbi Afrika ölkəsi olan Nigeriyanın Jiqava əyalətində 10 gün ərzində "aşkarlanmamış xəstəlik" nəticəsində 100-dən çox insan ölüb.

 
Bu barədə Jiqava Dövlət Səhiyyə müdiri Dr Abba Zakari bildirib. O, dövlətin belə bir vəziyyətin yaranmasından narahat olduğunu deyib.
 
Ümumdünya Səhiyyə Təşkilatından xəstəliyin araşdırılması üçün bir qrup gəldiyini söyləyən Zakari, "Vəziyyətin Kovid-19 olduğunu söyləmək hələ tezdir, ancaq komanda işə başlayıb", - deyə əlavə edib.
 
Keçən ayın əvvəlində Kano əyalətində sirli xəstəlik üzündən 3 gündə 150 ​​nəfər ölmüşdü.