Nigeriyada dinc əhaliyə atəş açıldı:45 ölü

Nigeriyada dinc əhaliyə atəş açıldı:45 ölü

-- çox sayda yaralı var

Nigeriyanın şimal-qərbində Kaduna əyalətinin Gvaska kəndində dinc əhaliyə qarşı silahlı hücum nəticəsində  ən azı 45 nəfər həyatını itirib. 
 
Maide.Az “Dünya Bülteni”ə istinadən xəbər verir ki, Kaduna əyalətinnin təhlükəsizlik qüvvələri tərəfindən verilən açıqlamaya görə, kəndə hücum edənlər silahlı qrup üzvləri olub.
 
Hücum nəticəsində  ən az 45 nəfər  həyatını itirib. Çox sayda insanın yaralandığı bildirilir. 
 
Hadisə ilə bağlı cinayət işi açılıb
 
Ötən həftə Kaduna şəhərində, bir mədənə silahlı hücumun nəticəsində 14 mədənçi həyatını itirmişdi. 
 

Google+ WhatsApp ok.ru