Nigeriyada Şeyx Zəkzakiyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilib-FOTO

Nigeriyada Şeyx Zəkzakiyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilib-FOTO

 

Xalq, paytaxt Abucada küçələrə axışaraq, Nigeriya İslami Hərəkatının rəhbəri və İslam alimi Şeyx Zakzakinin sərbəst buraxılmasını tələb edib.

Maide.Az bildirir ki, aksiya üçün ölkənin müxtəlif bölgələrindən gələn Əhli-beyt aşiqləri və şiələrdən ibarət qrup paytaxtdakı İnsan Haqları Bürosunun qarşısında toplaşıb.
 
Hərəkat  bundan əvvəl də 1 ilə yaxındır məhkum olan və görüşülməyə izn verilməyən Şeyx Zəkzakinin həbsxananın pis şəraiti səbəbi ilə həlak ola biləcəyi barədə narahatçılıqlarını dilə gətirmişdi.
 
Digər tərəfdən Nigeriya polisi aksiya iştirakçılarına sərt müdaxilə edib. Qarşıdurmalar nəticəsində bir çox insan yaralanıb, bəzi etirazçılar isə saxlanılıblar.
 
Xatırladaq ki, 2015-ci ilin 13 dekabrında polis Baqiyətullah Hüseyniyəsinə və Şeyx Zəkzakinin evinə hücum edərək, təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Həbsxananın pis şəraiti ilə əlaqədar Şeyxin bir gözünün itirildiyi deyilir. (faktxəbər) /
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru