Nigeriyada Şeyx Zəkzakinin 200 -dən çox tərəfdarı saxlanılıb

Nigeriyada Şeyx Zəkzakinin 200 -dən çox tərəfdarı saxlanılıb

-- 30 nəfər yaralanıb

Nigeriya polisi  Şeyx İbrahim Zəkzakinin 100 –dən çox  tərəfdarını həbs edib. 
 
Maide.Az  “RFİ”-ə istinadən xəbər verir ki, ötən gün ölkənin paytaxtı Abucada Şeyx Zəkzakinin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiaysının iştirakçıları “dinc əhaliyə hücum etmək, asayişi pozmaq, dövlət əmlakına ziyan vurmaqda” günahlandırılıb. 
 
Bu barədə  yerli mətbuata açıqlama verən  Nigeriya polisin sözçüsü qarşıdurmalarda 22 polisin yaralandığını bildirib. 
 
Nigeriya  İslami Hərəkatının sözçüsü  İbrahim Musa  RFİ-a açıqlamasında isə polisin iddialarını təkzib edərək, saxlanılanların sayının 200-dən çox olduğunu və güc tətbiq edilməsi nəticəsində 30 nəfərin yaralandığını bildirib. 
 
İ.Musa bütün zorakılıqlara baxmayaraq  Ayətullah  Zəkzakinin azad ediləcəyi günə qədər etiraz aksiyalarının davam etdiriləcəyini vurğulayıb. 
 
Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfər öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya salınıb. 3 övladı isə şəhid edilib. Şeyx Zəkzakinin özü və xanımı göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. 
 
Son günlər 2 ildən çoxdur ki, həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi bildirilib.Nigeriyanın müxtəlif bölgələrində də Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. 
 

Google+ WhatsApp ok.ru