Nigeriyada Şeyx Zəkzakiyə azadlıq yürüşü keçirilib - FOTO

Nigeriyada Şeyx Zəkzakiyə azadlıq yürüşü keçirilib - FOTO

Ötən gün Nigeriyanın paytaxtı Abuja şəhərində Şeyx Zəkzaki və onun həyat yoldaşı Ziynət Zəkazakinin azad edilməsi üçün yürüş keçirib.   

Yürüş iştirakçıları Nigeriya hökumətini qanunsuz həbsdə saxladığı liderlərini azad etməklə bağlı şüarlar səsləndiriblər.   

Yüzlərlə aksiya iştirakçısı yürüşü insidentsiz başa vurub. 

 Xatırladaq ki, 3 ildən artıqdır ki, Nigeriya şiə müsəlmanlarının lideri həbs edilib. Nigeriya məhkəmələrinin birinin Şeyx İbrahim Zəkzakinin azad edilmə qərarına baxmayaraq, Məhəmməd Buxarinin rəhbərlik etdiyi hökumət şeyxi azad etmir.   

Qeyd edək ki, Nigeriya insan hüquqları təşkilatları və xalqı mütəmadi olaraq Şeyx İbrahim Zəkzəkinin həbsdən azad edilməsi üçün paytaxt Abuca şəhəri başda olmaqla, müxtəlif vilayətlərdə dinc aksiyalar keçirir. (eastnews.org)

 

Google+ WhatsApp ok.ru