Nigeriyada Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiya keçirildi - VİDEO

Nigeriyada Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiya keçirildi - VİDEO

Ötən gün Nigeriyanın paytaxtı Abuca şəhərinin 4 rayonu adlanan ərazisində bu ölkədəki şiə müsəlmanlarının lideri Şeyx İbrahim Zəkzakinin və tərəfdaşlarının azad edilməsi şüarları ilə aksiya keçirilib.   

Mütəmadi olaraq təşkil olunan aksiyada yüzlərlə şəxsin iştirak etdiyi qeyd edilir.   

Bu barədə Şeyx İbrahim Zəkzakinin müdafiə təşkilatından məlumat verilib.   

Etiraz aksiyalarının, həmçinin Kaduna vilayətində də keçirildiyi diqqətə çatdırılır.   

Xatırladaq ki,  3 il öncə Nigeriya orusu Zariya qəsəbəsində Şeyx İbrahim Zəkzakinin evi və mədrəsəsinə hücum edərək, minə yaxın insanı qətlə yetirib, Şeyx Zəkzakini və digər yüzlərlə şəxsi həbs edib.   

Nigeriya məhkəməsinin Şeyx İbrahim Zəkzakinin azad edilməsi barədə qərarına baxmayaraq, bu ölkə rəhbərliyi islam alimini hələ də həbsə saxlayır. /eastnews.org/

Google+ WhatsApp ok.ru