Nigeriyada Şeyx Zəkzakiyə  dəstək aksiyası keçirilib - FOTO

Nigeriyada Şeyx Zəkzakiyə dəstək aksiyası keçirilib - FOTO

Nigeriya şiələrinin  lideri və Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin həbsxanadakı durumu, qanında qurğuşun və kadmium çoxluğundan zəhərlənmə əlamətinin olması barədə tibbi qrupun hesabatı yayıldıqdan sonra ölkə şiələri paytaxt Əbucada izdihamlı aksiya keçirib.
 
Maide.Az  IQNA-a istinadla xəbər verir ki, birinci gün keçirilən aksiyada  Şeyx İbrahim Zəkzakinin azadlığını tələb edib və rəhbərlərinin qeyri-qanuni həbsinə və zəhərlənməsinə görə Nigeriya prezidenti Məhəmməd Buharini günahkar və cavabdeh olduğunu vurğulayıb. 
 
Qeyd edək ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar. Nigeriya Ali Məhkəməsinin onların günahsız olduqları barədə hökm çıxarmasına baxmayaraq dövlət indiyədək Şeyxi və xanımını azadlığa buraxmaq istəmir.  
 
 
 
 

Google+ WhatsApp ok.ru