Nigeriyada Şeyx Zəkzəkinin azad edilməsi üçün mitinq keçirildi - FOTO

Nigeriyada Şeyx Zəkzəkinin azad edilməsi üçün mitinq keçirildi - FOTO

Nigeriya xalqı paytaxt Abucada Şeyx Zəkzəkinin azad olunması tələbi ilə etiraz aksiyalarını davam etdirir.
 
 Maide.Az  xəbər verir ki, martın 16-sı paytaxt Abucanın Asokoro rayonunda küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
 
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər. /deyerler.org/
 
 
 
 

Google+ WhatsApp ok.ru