Nigeriyada Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyası keçirildi - FOTO

Nigeriyada Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyası keçirildi - FOTO

Nigeriya xalqı Kano əyalətində Şeyx Zəkzəkinin azad olunması tələbi ilə etiraz mitinqi keçirib.
 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, bu gün (7 may) günortadan sonra keçirilən mitinq vaxtı küçələrə çıxan etirazçılar, həbsdə olan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
 
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.
 
Nümayişçilər KOVİD-19 epidemiyasının yayıldığı bir vaxtda ağır xəstə olan Şeyx Zəkzəki və xanımının dərhal azadlığa buraxımalı olduğunu bildirib.
 
Mayın 6-sı paytaxt Abucada oxşar tələblərlə Şeyx Zəkzəki tərəfdarlarının mitinq keçirmişdi.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru