Nigeriyada hər 8 uşaqdan biri 5 yaşından əvvəl həyatını itirir

Nigeriyada hər 8 uşaqdan biri 5 yaşından əvvəl həyatını itirir

Qərbi Afrika ölkələrindən Nigeriyada epidemiya xəstəlikləri və keyfiyyətsiz səhiyyə xidmətləri səbəbiylə hər 8 uşaqdan biri 5 yaşından əvvəl həyatını itirir.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Nigeriya Əhali Komissiyası (NPC) tərəfindən nümayiş olunan “Nigeriya Əhalisinin Sağlamlıq Araşdırması” məlumatlarına görə, ölkədə uşaq daha çox qızdırma, xolera və tifo kimi xəstəliklər səbəbiylə ölür.
 
Ölkədə hər 8 uşaqdan biri 5 yaşından əvvəl həyatını itirir, qadınların 59%-i isə hələ də evdə doğum edir. Bu vəziyyət isə uşaq ölümlərini artır.
 
Araşdırmada, həmçinin atılan addımlara baxmayaraq, 2013-cü ildəki məlumatlarla müqayisədə uşaqlarda ölüm səviyyəsində nəzərə çarpacaq bir azalma olmadığı bildirilib.

Google+ WhatsApp ok.ru