Nigeriyada məsciddə partlayış: “onlarla” insan həlak olub

 ABŞ “Boku Haram” terror qruplaşmasına qarşı kəşfiyyat əməliyyatı aparmaq üçün Kameruna hərbi qüvvələr göndərdikdən bir gün sonra Nigeriyada kamikadze partlayışları nəticəsində onlarla insan həlak olub.
Maide.az xəbər verir ki, Kamikadze hücumu ölkənin şimal şərqində yerləşən “Miduquri” şəhərində baş verib- bu şəhərdə radikal “Boku Haram” terror qruplaşması davamlı olaraq hücumlar təşkil edir.
“France-Precce” Agentliyi hadisə şahidlərinə istinadən bilridid ki, “məsciddə olan bütün insanlar həlak olublar”.
Kəndlilərdən biri isə bildirib ki, məsciddən kənarda ən azı 42 cəsəd sayıblar.
Lakin Miduquri şəhərinin yerləşdiyi Burno əyalətinin polisi öldürülənlərin sayını daha az və təxminən “14 nəfər” qeyd edib.  /
 

Google+ WhatsApp ok.ru