Nigeriyada məscid imamı yoldaşı və dörd uşağı ilə birlikdə məscid yaxınlığında öldürüldü

Nigeriyada məscid imamı yoldaşı və dörd uşağı ilə birlikdə məscid yaxınlığında öldürüldü

Nigeriyada məscid imamı ailəsi ilə birlikdə xüsusi qəddarlıqla öldürülüb.  
 
Maide.Az “İslam-today” saytına istinadən xəbər verir ki, Yusif Amzat Salam və ailə üzvləri, həyat yoldaşı və dörd uşağı məscid yaxınlığında  bıçaqlanaraq öldürülüb. Uşaqların kiçiyinin 2 və böyüyünün 11 yaşı olub. 
 
Polis dəhşətli cinayəti araşdırır. Hələlik cinayətin motivləri məlum deyil. Cinayəti törədənlərin axtarışı davam etdirilir. 
 

Google+ WhatsApp ok.ru