Nigeriyada məscidi partlatdılar

Nigeriyada məscidi partlatdılar

-- 50 nəfər həlak olub

Nigeriyanın şimal-şərqində yerləşən Mubi şəhərinin məscidində törədilən partlayış nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb, çox sayda yaralı var.
 
Maide.Az France-Presse agentliyinə istinadla xəbər verir ki, bunu yerli polisin nümayəndəsi Osman Əbubəkir bildirib.
 
Onun sözlərinə görə, hadisə nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralılar barədə dəqiq məlumat olmasa da, ölənlərin sayının arta biləcəyi istisna edilmir.
 
Xatırladaq ki, partlayış noyabrın 21-də sübh namazından sonra baş verib. Partlayıcı qurğunu təxminən 17 yaşlarında olan terrorçu- kamikadze işə salıb. Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.
 

 

Google+ WhatsApp ok.ru