Nigeriyada minlərlə insan paytaxt Abucada Şeyx Zəkzəkiyə azadlıq tələb etdi - FOTO

Nigeriyada minlərlə insan paytaxt Abucada Şeyx Zəkzəkiyə azadlıq tələb etdi - FOTO

Şeyx İbrahim Zəkzəkinin rəhbərlik etdiyi Nigeriya İslami Hərəkatı aprelin 1-i paytaxt Abucada 28-ci Şəhidlər gününü qeyd edib.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, paytaxtın mərkəzindəki Opsiyon bağında təşkil edilən və minlərlə müsəlmanın iştirak etdiyi tədbirə, Nigeriya İslam Hərəkatının Şühəda Fondunun rəhbəri Şeyx Əbdülhəmid Bello, höccətül-İslam Abdullahi Zanqo, Şeyx Adamu Əhməd Tsoo Jos, Şeyx Yaqoub Yahya Katsina, Şeyx Sani Zuru, Şeyx Sanusi Əbdülqədir Kano, Şeyx Məhəmməd Abbare və digər aparıcı din xadimləri də qatılıblar.
 
Mərasimdə çıxış edən Şeyx Əbdülhəmid Bello Şühəda Fondunun vəzifələrindən danışaraq, Şeyx Zəkzəkinin həbsdən azad edilməsi yolunda bu fondun üzərinə böyük məsuliyyət düşdüyünü qüeyd edib.
 
Şəhidlər günü, Hərəkatın şəhidlərini və ailələrini xatırlamaq üçün Nigeriya İslam Hərəkatı tərəfindən təyin olunmuş xüsusi bir gündür.
 
Tədbirdən sonra Nigeriya İslam Hərəkatının təşkilatçılığı ilə Abucada minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirilib. Nümayişçilər 2015-ci ilin dekabr ayında Zariyada Nigeriya ordusu tərəfindən 1000-dən çox müsəlmanın öldürülməsini pisləyən şüarlar səsləndirərək, Buxari rejimindən 3 ildən artıqdır qanunsuz olaraq həbsdə saxladığı hərakatın lideri Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb ediblər.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru