Nigeriyada naməlum xəstəlikdən 900-dən çox insan ölüb

Nigeriyada naməlum xəstəlikdən 900-dən çox insan ölüb

Nigeriyanin Kano bölgəsində naməlum xəstəlikdən 5 həftədə 979 nəfər ölüb.

Maide.Az "Anadolu" agentliyinə istindala xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri açıqlama verib. 

Ölənlərin  əksəriyyətinin 65 yaşdan yuxarı olduğunu vurğulayan Səhiyyə Naziri, ölümlərin yüksək təzyiq, diabet, meningit və malyariya kimi xəstəliklərdən qaynaqlandığını iddia edib. 

Hökümət, aprel ayından etibarən yayılmasının qarşısını almaq üçün əyalətdə komendant saatı elan edib. 
 
O, ölənlər arasında dövlət rəsmiləri və səhiyyə əməkdaşlarının da olduğunu bidirib. 

Bölgəyə xüsusi qrupun göndərildiyi qeyd edilib. 

 

 

Google+ WhatsApp ok.ru