Nigeriyada çoban və əkinçi qarşıdurmalarında 3600-dən çox adam ölüb

Nigeriyada çoban və əkinçi qarşıdurmalarında 3600-dən çox adam ölüb

Nigeriyanın 5 əyalətində son 3 ildə çoban və əkinçilər arasında baş verən toqquşmalarda 3600-dən çox adam ölüb.

Beynəlxalq Əfv Təşkilatı tərəfindən hazırlanan "Ölüm Biçini: Fermerlər və çobanlar arasında 3 ildir davam edən qanlı qarşıdurmalar" başlıqlı hesabatda çobanlarla əkinçilər arasında baş verən toqquşmalarda həyatını itirənlərin sayının "Boko Haram" hücumlarında ölənlərdən daha çox olduğu bildirilib.

Hesabatda 2016-cı ilin yanvarından bu yana Adamava, Benue, Kaduna, Tamara və Zamfara əyalətlərində 2 qrup arasındakı zorakılıq hadisələrində 3641 nəfərin həyatını itirdiyi qeyd edilib. Hesabata dair danışan Nigeriya Miyetti Allah Heyvandarlıq Cəmiyyəti (MACBAN) baş katibi Baba Otman Nqelzarma çox zaman baş verən zorakılıq hadisələrinin çoban, ya da əkinçilərlə bağlı olmadığını vurğulayaraq, "Kimsə münaqişələrdən istifadə edir", - deyib.

Plateau Əkinçilər Assosiasiyasının nümayəndəsi Lourens Zanqo isə regiondakı silahlı şəxslərin yerli əhalidən olmadığına diqqəti çəkərək, 2 qrupun adını ləkələməyə çalışan başqa bir qrup olduğunu qeyd edib.

Qarşıdurmalardan hökumətin məsul tutulmalı olduğunu qeyd edən Zanqo hadisələrin arxasındakı şəxslərin tapılması və ədalətə təhvil verilməsi çağırışı da edib. /sputnik/

Google+ WhatsApp ok.ru