Nigeriyada ordu Ərbəin yürüş iştirakçılarına yenidən hücum edib:  ölən və yaralananlar var - FOTO

Nigeriyada ordu Ərbəin yürüş iştirakçılarına yenidən hücum edib: ölən və yaralananlar var - FOTO

Ərbəin günü (Oktyabrın 30-da) Nigeriya hökumətinin əmri ilə hərbçilər paytaxt Abuca şəhərində  Ərbəin yürüşü keçirən şiə müsəlmanlara qarşı silah istifadə edib.
 
Maide.Az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki,  Nigeriya ordusunun hücumu nəticəsində bir neçə nəfər şəhid olub, onlarla yürüş iştirakçısı isə yaralanıb.
 
Qeyd edək ki, Nigeriya ordusu oktyabr ayının 28 və29 –da da  Ərbəin münasibətilə təşkil olunan  əzadarlıq yürüşlərinə  hücum etmişdi. 
 
Nigeriya İslami Hərəkatının sözçüsü İbrahim Musanın verdiyi açıqlamaya görə, ordu qüvvələrinin İmam Hüseyn (ə) əzadarlarına təşkil etdiyi hücumlar nəticəsində oktyabrın 28-də  6 nəfər, 29 oktyabrda  isə 21 nəfər   şəhid olub. 
 
Ordunun Ərbəin günü təşkil etdiyi hücumlarda şəhid olanların sayı hələlik açıqlanmayıb. 
 
Ötən 3 gün ərzində keçirilən əzadarlıq mərasimlərinə ordu qüvvələri  İmam Hüseyn (ə) əzadarlarına qarşı gözyaşardıcı qaz və həqiqi güllələrlə hücum edib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru