Nigeriyada polis dəfn mərasimində iştirak edən Əhli-beyt (ə) ardıcılarına hücum edib - FOTO

Nigeriyada polis dəfn mərasimində iştirak edən Əhli-beyt (ə) ardıcılarına hücum edib - FOTO

-- 2 nəfər şəhid olub, onlarla insan yaralanıb

Nigeriyada  polis dəfn məfasimində iştirak edən Əhli-beyt (ə) ardıcılarına hücum edib, 2 nəfər şəhid olub. 
 
Maide.Az “ABNA”a istinadən xəbər verir ki,  Nigeriya polisi bir neçə gün öncə şəhid olmuş İslami Hərəkat üzvlərindən  Əhməd Ər-Rafeinin  izdihamlı dəfn mərasimində iştirak edən şəxslərə hücum edib.  
 
Abuca şəhərində baş tutan dəfn mərasimindən sonra Əhli-beyt (ə) aşiqləri  dinc aksiya keçirib. Şiə lider Ayətullah Şeyx Zəkzakinin və həbsdə olan Əhli-byet (ə) ardıcıllarının azadlığını tələb ediblər. Onlar  təzyiqlərə son qoyulmasını istəyiblər.
 
Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Polis aksiya iştirakçılarına gözyaşardıcı qaz, su şırnaqları və  odlu silahla hücum edib. 
 
Məlumata görə, dəfn mərasimində iştirak edən şiələrdən 2 nəfər şəhid olub, onlarla insan yaralanıb. Xəsarət alanlar arasında qadınlar və yeniyetmələrində olduğu bildirilir. 
 
Qeyd edək ki, aprelin 16-da  Nigeriya polisi  Şeyx İbrahim Zəkzakinin 100 –dən çox  tərəfdarını həbs etmişdi.  Ölkənin paytaxtı Abucada Şeyx Zəkzakinin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiaysının iştirakçıları “dinc əhaliyə hücum etmək, asayişi pozmaq, dövlət əmlakına ziyan vurmaqda” günahlandırılıb. 
 
Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfər öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya salınıb. 3 övladı isə şəhid edilib. Şeyx Zəkzakinin özü və xanımı göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. 
 
Son günlər 2 ildən çoxdur ki, həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi bildirilib.Nigeriyanın müxtəlif bölgələrində də Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru