Nigeriyada İslam alimi Şeyx Zəkzakinin halı pisləşib 08 Yanvar 2018 02:00 Dünya -- Zəkzaki müalicə üçün həkimə göndərilmir... Nigeriyada İslam alimi, Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin halı pisləşib və səhhəti günü-gündən zəifləyir. Bu barədə həbsdə olan İslam aliminin qızı xəbər verib. Onun sözlərinə görə, atasının müalicə üçün həkimə göndərilmir və xəstənaya aparılmır. Xatırladaq ki, Nigeriyanın şimalındakı Zaria şəhərində 2015-ci ildə yaşanan qanlı hadisələrdə hökumət ordusu Şeyx Zəkzakini üç övladı daxil olmaqla 350 mülki vətəndaşı qətlə yetirmişdi. Bundan başqa onun evi dağıdılmışdı. Həmin hadisələr zamanı Şeyx Zəkzakinin sol gözü zərər gördüyündən, görmə funksiyasını tamamilə itirmişdi. Nigeriya məhkəməsi Şeyxin azad olunması barədə qərar verməsinə rəğmən, o, hələ də sərbəst buraxılmayıb. Nigeriya prezidenti Muhəmmədu Buxari İslam alimi Şeyx Zəkzakinin azadlığa buraxılması ilə əlaqədar sərsəm açıqlama verib. O, məsələ ilə aləqədar bildirib ki, Nigeriya İslam Hərəkatının lideri barədə məhkəmə hökmü xalqın qayğısına qalındığı üçün yerinə yetirilmir. «Xalqın xeyri üçün məhkəmənin Şeyx Zəkzakinin azadlığa buraxılmasına dair qərarı yerinə yetirmirik. Ancaq Şeyxin xanımı azaddır və ərini tərk edə bilər», -deyə prezident bildirib.(FaktXeber) Teqlər : #Nigeriyada İslam alimi Şeyx Zəkzakinin halı pisləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Macarıstan baş naziri miqrantları `müsəlman işğalçıları` adlandırıb Nigeriya polisi Şeyx Zəkzəkinin azadlığı üçün dinc nümayiş keçirənlərə divan tutdu - Foto
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO