Nigeriyada terrorçuların hücumu nəticəsində 40-dan artıq şəxs öldü

Nigeriyada terrorçuların hücumu nəticəsində 40-dan artıq şəxs öldü

İyunun 9-da terrorçuların Nigeriyanın bir neçə kəndinə hücum etməsi nəticəsində azı 43 nəfər öldürülüb.

Bu barədə “France Press” agentliyi polisə istinadən məlumat verib. Məlumata əsasən, ilk hücum iyunun 9-na keçən gecə Sokoto şəhərindən 100 km məsafədə yerləşən kəndə həyata keçirilib.

Bu insident zamanı 25 nəfər öldürülüb. “25 nəfər 4 kənddə öldürülüb”, - deyə Sokoto ştatı polis rəsmisi İbrahim Kaodze bildirib.

Digər silahlı hücum isə Sokoto ştatının digər ərazisində baş verib. Bu hadisə nəticəsində isə 18 nəfər həyatını itirib. /eastnews.org/

Google+ WhatsApp ok.ru