Nigeriyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 49-a çatıb, 71 nəfər yaralanıb

Nigeriyanın Qombe şəhərində törədilən iki partlayış nəticəsində ölənlərin sayı 49-a çatıb.
 
Daha 71 nəfərin yaralandığı bildirilir.
 
Yaralıların bir qisminin vəziyyəti ağır kimi qiymətləndirilir.
 
İnsidentə görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməsə də, partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.
 
Qeyd edək ki, iyulun əvvəlində Cos şəhərində törədilən iki partlayış nəticəsində 50 nəfər həyatını itirmişdi. Son iki həftə ərzində isə Nigeriyada 300-dən çox dinc sakin “Boko Haram”ın törətdiyi terror aktlarının qurbanı olub.
 

Google+ WhatsApp ok.ru