Nigeriyada yüzlərlə məktəbli silahlılar tərəfindən oğurlanıb 17 Fevral 2021 15:38 Dünya Nigeriyanın qərbində Kagara bölgəsində yüzlərlə məktəbli silahlılar tərəfidən oğurlanıb. SalamNews FransPress-ə istinadla xəbər verir ki, bu barədə Kagara şəhərində yerli mənbələri məlumat veriblər. Bildirilib ki, ötən gecə Kağarada hökumət məktəblərindən birinə basqın edilib. Gözətçilər müqavimət göstərsə də silahlılar məktəbə daxil olaraq yüzlərlə məktəblini naməlum istiqamətə aparıblar. Agentlik yerli təhlükəsizlik mənbələrinə istinadla bildirib ki, basqın zamanı bir uşaq həyatını itirib. Oğurlananlar arasında məktəbin müəllimləri və tərbiyəçiləri də var. Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib. Nigeriyanın qərb nahiyəsi Boko-Haram terror təşkilatının fəal olduğu bölgədir. Teqlər : #Nigeriyada,#yüzlərlə,#məktəbli,#silahlılar,#tərəfindən,#oğurlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru NATO Baş katibi: 'Rusiya toqquşma istəsə, biz buna hazırıq' NATO-nun İraqdakı hərbçilərinin və əsgərlərinin sayı artırılacaq
İran dondurulmuş 40 milyard dollar pulunun sərbəst buraxılmasını danışıqlarda şərt olaraq irəli sürür
Rusiya Təhlükəsizlik Şurasının katibi: ABŞ Rusiya-Çin sərhədi yaxınlığında bioloji silah istehsal edir