Nigeriya hökuməti Şeyx Zəkzakinin müalicəsinə maneə yaradır

Nigeriya hökuməti Şeyx Zəkzakinin müalicəsinə maneə yaradır

Artıq illərdir Nigeriya hökuməti tərəfindən qanunsuz olaraq həbsdə saxlanılan bu ölkənin İslami Hərəkat rəhbəri Şeyx İbrahim Zəkzakinin səhhətə yenidən təhlükə yaranıb. 
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki,  bu barədə Nigeriya İslami Hərəkatı məlumat yayıb. 
 
Məlumatda bildirilir ki, Şeyx Zəkzaki və onun həyat yoldaşı  Malam Zinət  artıq 17 gündür ki, hökumət qüvvələrinin nəzaritndə olan  həbsxanaya yerləşdirilib.  Burada isə  onun müalicəsi aparılmır, lazım olan dərmanlarla təmin olunmur. 
 
Təşkilat beynəlxalq qurumlara təcili olaraq Nigeriya hökumətinə təzyiq etməyə və Şeyx Zəkzakinin müalicəsini davam etdirməsi üçün  normal şəraiti olan xəstəxanaya yerləşdirilməsini  xahiş edib. 
 
Qeyd edək ki,17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.  
 
Bir müddət öncə Şeyx Zəkzakinin Hindistanda müaəlicəsinə icazə verilsə də  Nigeriya hökumətinin təzyiqi ilə  yenidən ölkəyə geri qaytarılıb. 
 

Google+ WhatsApp ok.ru