Nigeriya şiələrinin qətliamı ilə bağlı cinayət işi Beynəlxalq Cinayət Məhkəməsində

Nigeriya hökumət  qüvvələrinin bu ölkənin şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin evinə və Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsinə hücumu və onlarla insanın qətliamı ilə bağlı cinayət işi Beynəlxalq Cinayət Məhkəməsinə göndərilib. 
 
Maide.az xəbər verir ki, İngiltərənin “İslamic Human Rights Commission” (İslami İnsan Haqlarının Müdafiə Komitəsi”) ötən axşam bəyanat yayaraq elan edib ki, 2015-ci ilin 12-14 dekabr tarixində Nigeriya təhlükəsizlik qüvvələri insanlıq əleyhinə cinayətlər törədiblər.
 
Bəyanatda bildirilir ki, Nigeriya ordu qüvvələri  Şeyx Zəkzakinin evinə və Bəqiyyətullah hüseyniyyəsinə hücum etməklə 217 nəfəri öldürüb və yüzlərlə insanı yaralanıb. Hücum zamanı 219 nəfər həbs olunub.  Bundan başqa həmin hücumlar zamanı 482 nəfər itgin düşüb. 
 
İngiltərə İslami İnsan Haqlarının Müdafiə Komitəsi bildrib ki, bu cinayət haqqında materiallar hadisə şahidlərinin dedikləri əsasında toplanılıb və Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunub./

Google+ WhatsApp ok.ru