Nigeriyalı alim: Mina hadisəsinə səbəb olan şahzadədən qisas alınsın

Nigeriyanın tanınmış alimlərindən biri həcc təşkilatçılığının İslam ölkələrinə təhvil verilməsini istədi.
 
Maide.az xəbər verir ki, Nigeriya Şeyx İbrahim Zəkzaki Mədinə və Məkkədə yerləşən müqəddəs məkanların bütün müsəlmanlara aid olduğunu vurğulayıb və belə danışıb: "Bu iki müqəddəs şəhərin idarəçiliyində də bütün müsəlmanların payı olmalıdır. Məkkə və Mədinə Səudiyyə Ərəbistanının deyil. Buna görə də bütün İslam ölkələrinin bu iki şəhərin idarəçiliyində söz haqqı olmalıdır. Məkkə və Mədinənin yalnız Səud sülaləsinin monopoliyasında olması son dərəcə yanlışdır."
 
Minada baş verən faciədə həyatını itirən hacıların ailələri ilə görüşən Şeyx Zəkzaki, Səudiyyə Ərəbistanının həcc təşkilatçılığını əlinə-üzünə bulaşdırdığına diqqət çəkib və belə deyib: Məkkə və Mədinəyə gedən müsəlmanlar Allahın qonaqlarıdır və onların təhlükəsizliyi hər şeydən əvvəl gəlir. Dolayısıyla, müsəlman ölkələri bunu çox yaxşı anlamalıdır: Öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün belə olsa, Məkkə və Mədinənin rəhbərliyində söz sahibi olmalıdır. Çünki Səud xanədanına etibar olmaz. Bu hadisə də bu həqiqəti sübut edir. Səudiyyənin əlləri Yəmən xalqının qanına bulaşıb, Suriya, Bəhreyn və İraqda bir çox cinayəti törədib və törətməyə də davam edir. Belə olan halda, onlara necə etibar edə bilərik."
 
Minada baş verən hadisədə əsl səbəbin kralın oğlunun başçılıq etdiyi qoruma ordusu olduğuna diqqət çəkən Şeyx Zəkzaki belə danışıb: "Səud sülaləsi üçün bu qədər müsəlmanın ölməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar hətta bu hadisənin günahkarını hacıların üzərinə atmağa çalışırdılar! Əgər həqiqətən onlar üçün yüzlərlə müsəlmanın ölməsinin bir az əhəmiyyəti varsa, hadisəyə səbəb olan şahzadədən qisas alınsın!"

Google+ WhatsApp ok.ru