Nigeriyalı qadınlar hökumətdən Şeyx zəkzəkinin azad edilməsini tələb etdi -VİDEO

Nigeriyalı qadınlar hökumətdən Şeyx zəkzəkinin azad edilməsini tələb etdi -VİDEO

Oktyabrın 22-də Nigeriya İslam Hərəkatının qadın təşkilatları ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azad edilməsi tələbilə yürüş-mitinq keçiriblər.
 
Maide.Az xəbər verir ki, Kano və Dairadakı Qadın Cəmiyyətləri hökumə tərəfindən 22 aydan artıq bir müddətdir azadlıqdan məhrum edilmiş Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılmasına etiraz ediblər.
 
Nümayişçilər hökumətin azad edilməsi tələb olunan Şeyx Zəkzəki və xanımı ilə bağlı Federal Ali Məhkəmənin qərarını icra etməkdən imtina etdiyini bildirərək, bunu qınayaıblar.
 
Nümayişçilər “Zəkzəkiyə azadlıq!”, Səninləyik ey Şeyx Zəkzəki” şüarlarını səsləndiriblər. Aksiyaya rəhbərlik edən Umamai İbrahim Süleyman hökumətdən Şeyx Zəkzəki və onun həyat yoldaşı Zinət İbrahimi dərhal və qeyd-şərtsiz azadlığa buraxmağı tələb edib.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru