Nigeriyalı hüquq müdafiəçisi şiə müsəlmanları müdafiə etdiyi üçün ölümlə hədələnir

Nigeriyalı hüquq müdafiəçisi şiə müsəlmanları müdafiə etdiyi üçün ölümlə hədələnir

Nigeriya hökuməti ölkənin şiə müsəlmanların yaşadığı ərazilərdə onlara qarşı repressiyaları davam etdirir.

Maide.Az xəbər verir ki, Şiə müsəlmanlarını hüquqlarını müdafiə edən və baş verən hadisələri işıqlandıran hüquq müdafiəçisi Zeynəb əl-Əmin ordu və xüsusi xidmət orqanları tərəfindən təzyiqə məruz qalıb.

Nigeriyalı fəal Zeynəb əl-Əmin hazırda Abuja şəhərində yaşayır. Saytımıza verdiyi məlumata əsasən, onun Nigeriya ordusu və hökumətinin Kaduna, Zaria və digər vilayətlərdə şiə müsəlmanlara qarşı aparılan repressiya və işgəncələri işıqlandırdığı üçün xüsusi xidmət orqanları tərəfindən təqibə məruz qalıb.

Nigeriya güc strukturları hüquq müdafiəçisini həbs və öldürməklə hədələyib.

Xatırladaq ki, ötən il Nigeriya hökuməti şiələrin lideri Şeyx Zəkzakinin evinə və mədrəsəsinə hücum edərək yüzlərlə şiə müsəlmanı qətl edib, özünü isə yaralayaraq həbs edib. Hazırda Nigeriyada şiələrə qaşı repressiyalar davam etməkdədir. (eastnews) 

Google+ WhatsApp ok.ru