Nigeriyalı müsəlmanlar Şeyx İbhraim Zəkzəkinin dərhal azadlığa buraxılmasını tələb edir

Nigeriyalı müsəlmanlar Şeyx İbhraim Zəkzəkinin dərhal azadlığa buraxılmasını tələb edir

Nigeriyalı müsəlmanlar “İslam” hərəkatı lideri Şeyx İbhraim Zəkzəkinin azadlığa çıxması üçün aksiya keçirib. 
 
Maide.Az "parstoday"a istinadla xəbər verir ki,  Şeyx Zəkzakinin həbsinin 1000-ci günü münasibətilə paytaxt Abujada baş tutan aksiyaya yüzlərlə insan iştirak edib. 
 
Aksiya iştirakçılar Şeyx Zəkzkinin   qeydsiz və şərtsiz dərhal azadlığa buraxılmasını tələb edib. 
 
Xatırladaq ki, 2015-ci ilin  dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub.  Onun 3 övladı şəhid edilib.  İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
 
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları  dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. 
 

Google+ WhatsApp ok.ru