Nigeriya məktəblərində hicab qadağası

Nigeriyada məhkəmə bu ölkənin ən böyük şəhəri Laqosun dövlət məktəblərində hicabı qadağan edən qanunun ləğvi ilə bağlı verilən şikayət ərizəsini təmin etməyib və qərarı öz qüvvəsində saxlayıb.  .
 
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə,  Nigeriyada məktəbdə hicabı qadağan edən qanunun xeyrinə hökm çıxaran hakim deyib ki, bu qadağa məktəblilərin hüququnu pozmur.
Nigeriyalı hakim Mudəbuy Oniyabu Nigeriya dövlətinin dünyəvi (laik)  olduğunu iddia edərək bildirib ki, hökumətin Laqos məktəblərində hicablı olmağa icazə verməsi bir dini başqa dinə üstün saymaq mənasındadır və sosial problemlərə səbəb ola bilər.
Laqosun dövlət məktəblərində hicaba  yasaq qanunu 2013-cü ildə təsdiqlənib və Nigeriyanın müsəlman məktəblilər cəmiyyəti bu qanunun ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdi. /

Google+ WhatsApp ok.ru