Nigeriya müsəlmanları Şeyx Zəkzakinin həbsdə saxlanılmasına eiraz etdi –FOTOLAR

Nigeriya müsəlmanları ötən gün bu ölkənin müxtəlif şəhərlərində  etiraz aksiyaları keçirib, bu ölkənin şiələrinin rəhbəri Şeyx Zəkzakinin azadlığa buraxılmasını tələb ediblər. 
Maide.az xəbər verir ki, aksiya iştirakçıları Şeyx Zəkzakinin şəkillərini əllərində tutaraq ordunun son hücumu zamanı onu və onunla birlikdə həbsdə saxlanılan digər şiələrin həbsini pisləyiblər.
Aksiyalar Nigeriyanın şimal qərbində Sokoto və şimal şərqində yerləşən Gombe şəhərilərində keçirilib. 
Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. /
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru